Dipl. Stom. Parviz Rahimli

Dipl. Stom. Parviz Rahimli Zahnarzt für Oralchirurgie und Implantologie

🇦🇿🇩🇪 Bir ideyadan rəsmi birliyə doğru…2019-cu ildə başlayan bu yol mənim üçün sadəcə bir təşəbbüs deyildi. Bu Almaniyada...
07/06/2026

🇦🇿🇩🇪 Bir ideyadan rəsmi birliyə doğru…

2019-cu ildə başlayan bu yol mənim üçün sadəcə bir təşəbbüs deyildi. Bu Almaniyada yaşayan və karyera qurmaq istəyən azərbaycanlı diş həkimlərini bir araya gətirmək bir-birimizə dəstək olmaq və peşəkar bir icma formalaşdımaq arzusu idi.

Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Aserbaidschanische Zahnmediziner in Deutschland e.V. (AZD) artıq Almaniyada Azərbaycanlı Diş Həkimlərinin ilk rəsmi Verein-i olaraq fəaliyyətə başlayır.

Bu yolun arxasında illərlə davam edən könüllü dəstək, saysız-hesabsız suallar, məsləhətlər, görüşlər mentorluq yeni tanışlıqlar və ən əsası birlik ruhu dayanır.

AZD e.V olaraq məqsədimiz Almaniyadakı azərbaycanlı diş həkimlərinin, məzunların, tələbələrin və stomatologiya sahəsinə bağlı peşəkarların təhsil sosial və kollegial əlaqələrini gücləndirmək təcrübə mübadiləsini artırmaq və gələcək nəsillər üçün daha sistemli bir platforma yaratmaqdır.

Bu gün paylaşdığım şəkillər sadəcə bir tədbirdən xatirə deyil.
Bu şəkillər illərlə qurulan bir ideyanın inamın və birlik arzularımızın rəsmi başlanğıcını əks etdirir.

Bu yolda yanımda olan, dəstək verən, inanan və AZD ideyasının bir parçasına çevrilən hər kəsə ürəkdən təşəkkür edirəm.

Founder | Vorsitzender
Aserbaidschanische Zahnmediziner in Deutschland e.V (AZD) .v
Almaniyadakı Azərbaycanlı Diş Həkimləri Birliyi (AADH)

Həm iş, həm istirahət…Azərbaycandan gələn dəyərli kolleqam Dr. Ruslan Ganiyev .qaniyev klinikada təcrübə mübadiləsi etdi...
11/04/2026

Həm iş, həm istirahət…
Azərbaycandan gələn dəyərli kolleqam Dr. Ruslan Ganiyev .qaniyev klinikada təcrübə mübadiləsi etdik, sonra isə birlikdə İsveçrənin gözəlliklərini kəşf etdik 🇩🇪🇨🇭

.qaniyev

🦷 Uşaq dişləri “sadəcə süd dişləri” deyil, gələcək sağlamlığın bir hissəsidir.Danimarkanın Kopenhagen Universitetinin ge...
04/03/2026

🦷 Uşaq dişləri “sadəcə süd dişləri” deyil, gələcək sağlamlığın bir hissəsidir.

Danimarkanın Kopenhagen Universitetinin geniş miqyaslı bir araşdırmada 568.000dən çox uşağın (1963–1972 doğumlular) stomatoloji göstəriciləri izlənilib və bu insanlar 2018-ci ilə qədər ürək-damar xəstəlikləri diaqnozları ilə müqayisə olunub. Nəticə düşündürücüdür:

- Uşaqlıqda çox karies olanlarda, böyüklükdə ürək-damar xəstəliklərinə tutulma tezliyi bəzi qruplarda 45%-ə qədər daha yüksək olub.

- Uşaqlıqda ağır gingivit (diş əti iltihabı) olanlarda bu göstərici 41%-ə qədər artıb.

- Həmçinin, uşaqlıqda ağır diş əti xəstəliyi olanlarda böyüklükdə Tip 2 diabet riski 87%-ə qədər daha yüksək göstərici ilə əlaqələndirilib.

⚠️ Bu tip tədqiqatlar əlaqəni göstərir, “karies mütləq infarkt yaradır” demək deyil. Amma alimlər mümkün mexanizmlərdən biri kimi xroniki iltihabı (orqanizmdə uzunmüddətli iltihabi fonu) müzakirə edirlər.

✅ Uşaqlarda ağız sağlamlığına vaxtında nəzarət təkcə “dişi qorumaq” deyil, uzunmüddətli ümumi sağlamlıq üçün də böyük addımdır:

- gündə 2 dəfə fluoridli diş məcunu ilə dişlərin təmizlənməsi (yaşa uyğun)

- Diş aralarının diş sapı ilə təmizliyi

- şəkərli qəlyanaltıların minimuma endirilməsi

- müntəzəm müayinə və profilaktika

👨‍⚕️🪥 Valideynlər, uşağınızda tez-tez karies və ya diş əti qanaması və ya iltihabı olursa, bunu “keçər gedər” kimi görməyin. Erkən mərhələdə düzgün planla çox şeyi önləmək olur.

Almaniyada uşaqlarınız p*s dişlərinə görə əlinizdən alına bilər!Bəli, bu tamamilə real ehtimaldır. Almaniyada diş həkiml...
22/11/2025

Almaniyada uşaqlarınız p*s dişlərinə görə əlinizdən alına bilər!

Bəli, bu tamamilə real ehtimaldır. Almaniyada diş həkimlərinin uşaqların vaxtından əvvəl çoxsaylı çürümüş (kariesli) dişlərinə görə valideynlər barəsində Jugendamt-a (Uşaq müdafiə xidməti) məlumat vermək hüququ var. Bu, xüsusilə süd və ya daimi dişlərdə kütləvi kariyes, tez-tez ağrı, abses və müalicədən davamlı yayınma hallarında uşağın laqeyd qoyulması kimi qiymətləndirilə bilər.

Ən çox rast gəldiyim yanlış fikir: “Onsuz da süd dişləridir, töküləcək...”

Bu yanaşma Almaniyada qətiyyən qəbul edilmir. Çünki uşağın xüsusilə 11 yaşına qədər süd dişlərini vaxtından əvvəl itirməsi, gələcəkdə daimi dişlərin düzgün çıxması və sıraya düzülməsinə ciddi maneə törədir, çoxsaylı kariyes, ağrı və infeksiyalar isə uşağın yuxusuna, qidalanmasına, psixologiyasına və ümumi inkişafına mənfi təsir edir.

Əgər uşağınızda aşağıdakılar varsa:

- kütləvi, açıq kariyes ocaqları,
- təkrarlanan şiddətli ağrılar və abseslər,

diş həkiminin dəfələrlə tövsiyə etdiyi müalicələrin davamlı olaraq ləğvi və ya gecikdirilməsi baş verirsə, bu artıq “diş problemi” deyil uşağın sağlamlığına laqeydlik edilməsidir. Bu da Almaniya qanunvericiliyinə görə Kindeswohlgefährdung uşağın rifahının təhlükə altında olması kimi qiymətləndirilə bilər.

Belə hallarda diş həkimi:

- valideynləri yazılı və şifahi şəkildə xəbərdar edib, vəziyyətin ciddiliyini izah etdikdən sonra,
dəyişiklik baş vermirsə, Jugendamt-a rəsmi məlumat vermək hüququna (və bəzən də öhdəliyinə) malikdir. Jugendamt isə yalnız cərimə və ya “şikayət” üçün yox, ilk növbədə uşağı qorumaq üçün müxtəlif tədbirlər görə bilər. Ekstremal, uzunmüddətli və ağır laqeydlik hallarında bu, hətta uşağın ailədən ayrılmasına qədər gedə bilər.

Almaniyada həyata keçirdiyimiz Uşaqların Sedasiya və Narkozla Stomatoloji müalicəsinin detallarını aşağıdakı linkdən oxuya bilərsiniz.

https://www.facebook.com/share/p/17UMqNwj9m/

🦷Sofortimplantat ~ wenn das Problem nicht nur erkannt sondern direkt gelöst wird.Dank sorgfältiger Planung und einem ein...
21/11/2025

🦷Sofortimplantat ~ wenn das Problem nicht nur erkannt sondern direkt gelöst wird.
Dank sorgfältiger Planung und einem eingespielten Team können wir den Verlust eines Zahnes funktionell und ästhetisch versorgen.

Besonders stolz bin ich auf unser ZFA's ohne ihre präzise Assistenz Vorbereitung und Nachsorge wäre diese Form der Behandlung nicht möglich.
Das schönste Feedback bleibt am Ende die Zufriedenheit unsere Patienten


Ağıl dişləri (üçüncü azı dişləri) və gənclərdə vaxtında müdaxilənin əhəmiyyəti. 📍 Bu gün paylaşdığımız hadisə 18 yaşlı b...
03/10/2025

Ağıl dişləri (üçüncü azı dişləri) və gənclərdə vaxtında müdaxilənin əhəmiyyəti.

📍 Bu gün paylaşdığımız hadisə 18 yaşlı bir pasiyentə aiddir. Görüntülərdə gördüyünüz kimi, ağıl dişləri çənə sümüyündə düzgün istiqamətdə çıxmayaraq digər dişlərə təzyiq edərək köklərinin rezorbsiyasına səbəb olmuş və nəticədə qonşu sağlam diş də itirilmişdir.

Panoramik rentgen (yuxarı şəkil) və çıxarılmış dişlərin görüntüsü (aşağıda) bunu açıq şəkildə göstərir.

🔬 Nə üçün bu vacibdir?

✅ 17–25 yaş aralığında çıxan ağıl dişləri çox zaman çənədə yer çatışmazlığı səbəbindən:

- Sıxlıq və dişlərin bir-birinə təzyiqi ilə maloklüziyaya səbəb ola bilir.

- Qonşu ikinci azı dişinə zədələyici təzyiq göstərə bilir.

- İltihab, kista və ya çənə sümüyündə destruksiya kimi ciddi fəsadlara yol aça bilir.

👩‍⚕️ Vaxtında aparılan rentgen müayinəsi və erkən müdaxilə (17–20 yaş arası) bu problemlərin qarşısını almağın ən effektiv yoludur.

👨‍👩‍👧 Valideynlərə tövsiyəmiz:
Uşaqlarınız yeniyetməlik yaşına çatdıqda (16-18 yaş), mütləq bir dəfə panoramik rentgen müayinəsi etdirin. Ağıl dişlərinin inkişaf istiqaməti və vəziyyəti nə qədər erkən qiymətləndirilsə, gələcəkdə bir o qədər az problem yaşanacaq.

📍Unutmayın: Gənc yaşda çıxarılmış ağıl dişləri daha asan, daha az travmatik olur və sağalma prosesi daha sürətli gedir.

💡 Profilaktika müalicədən qat-qat asandır!
Erkən diaqnoz və düzgün planlaşdırma gələcəkdə böyük stomatoloji problemlərin qarşısını alır.

🤓 Balance ist nicht nur für Zähne wichtig, sondern auch im Leben!Kleiner Spaß zwischendurch im Praxisalltag – für Körper...
31/07/2025

🤓 Balance ist nicht nur für Zähne wichtig, sondern auch im Leben!
Kleiner Spaß zwischendurch im Praxisalltag – für Körper u. Geist!


Danke an Aserbaidschanische Mediziner in Deutschland e.V.  ohne Koffein und Kolleg*innen läuft nix! 😄 🩺🇦🇿
13/07/2025

Danke an Aserbaidschanische Mediziner in Deutschland e.V. ohne Koffein und Kolleg*innen läuft nix! 😄 🩺🇦🇿



Ortodontik müalicəyə hazırlanan 15 yaşlı xəstəmiz üçün ilkin mərhələdə mürəkkəb yerləşmiş dişlərin çəkilməsi həyata keçi...
19/06/2025

Ortodontik müalicəyə hazırlanan 15 yaşlı xəstəmiz üçün ilkin mərhələdə mürəkkəb yerləşmiş dişlərin çəkilməsi həyata keçirildi. Cərrahi mərhələnin, ağıl dişlərinin çəkilməsi ilə birlikdə, gələcəkdə yekunlaşdırılması planlaşdırılır.

ein spontanes Fotoshooting... 😀🩵
20/05/2025

ein spontanes Fotoshooting... 😀🩵

Adresse

Gartenweg 32
Mosbach
74821

Öffnungszeiten

Montag 08:00 - 17:00
Dienstag 08:00 - 17:00
Mittwoch 08:00 - 17:00
Donnerstag 08:00 - 17:00
Freitag 08:00 - 17:00

Telefon

+491632135339

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Dipl. Stom. Parviz Rahimli erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Die Zahnarztpraxis Kontaktieren

Nachricht an Dipl. Stom. Parviz Rahimli senden:

Teilen

Kategorie